Türkiyənin Elazığ əyalətinin Palu rayonunda xrom mədəninin çökməsi nəticəsində 4 nəfər dağıntı altında qalıb. Məlumatı "TRT Haber” yayıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Bildirilib ki, dağıntı altında qalanlardan biri xilas olunub.