Türkiyədə "Hisar O+” yerli istehsal hava hücumundan müdafiə raket sisteminin son sınaqları uğurla başa çatıb.
Bu barədə ölkənin müdafiə sənayesi naziri İsmayıl Dəmir özünün "Twitter” hesabındakı paylaşımında bildirib.
Nazir raket sisteminin ölkənin Silahlı Qüvvələrinin inventarına daxil olmazdan öncəki son atışında uzaq məsafədə yüksək sürətlə hərəkət edən hədəfi dəqiqliklə vurduğunu bəyan edib və müvafiq videonu bölüşüb.
Qeyd edək ki, "HİSAR O+” sistemi "Aselsan” və "Roketsan” şirkətləri tərəfindən hazırlanıb. Sistem 360 dərəcə üzrə eyni anda ən azı 9 hədəfi vura bilir. "HİSAR O+”un effektli vuruş məsafəsi 25 km-ə çatır. Hər cür hava şəraitində fəaliyyət göstərə bilən HHM sistemi döyüş təyyarələri, helikopterlər, hava-yer raketləri, qanadlı raketlər və silahlı/silahsız pilotsuz uçuş aparatlarına qarşı effektivdir.
Savunma sanayiimiz bir başarıya daha imza attı!
— Ismail Demir (@IsmailDemirSSB) December 26, 2021
Milli hava savunma füze sistemimiz #HİSAR O+ envantere giriş öncesi son kabul atışında yüksek irtifadaki yüksek hızlı hedefi imha etti.
HİSAR O+ artık bütün unsurlarıyla tam kapasite görevinin başında. Şanlı ordumuza hayırlı olsun pic.twitter.com/ypo4n7UQVx
Mənbə: TRT








