RU
Türkiyədə yol qəzasında 13 nəfər xəsarət alıb
10:30
260

Türkiyədə yol qəzasında 13 nəfər xəsarət alıb

Türkiyənin Şanlıurfa vilayətində mikroavtobus minik avtomobili ilə toqquşub.

7News.Az Trend-ə istinadən bildirir ki, hadisə Siverek rayonunda baş verib. Qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralılar Siverek rayon dövlət xəstəxanasına çatdırılıb.

Xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qəza ilə bağlı araşdırmalar başlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ