RU
Türkiyədəki atışma ilə bağlı ilk rəsmi - Açıqlama
21:15
333

Türkiyədəki atışma ilə bağlı ilk rəsmi - Açıqlama

Xəbər verdiyimiz kimi, Türkiyənin Qaziantep vilayətində polis bölməsinin qarşısında atışma olub. Hadisəni törədən iki terrrorçu olub. Binaya girməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə hadisə yerindən qaçıb.

Qaziantep valisi Ali Yerlikaya atışma ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, terrorçularla atışma zamanı 1 polis yüngül xəsarət alıb: "Polislərimiz atışmaya anında cavab verərək terrorçunu zərərsizləşdiriblər. Bu mənfur hücum zamanı bir polis yüngül yaralanıb. Xəstəxanaya yerləşdirilən polisimizin həyatı təhlükəsi yoxdur. Polis təşkilatımıza və şəhərimizə keçmiş olsun”./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ