"ABŞ Türkiyəni devirməyə çalışıb”.
7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu qalmaqallı fikri Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski səsləndirib. O, Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu iddia edib. Partiya lideri "ABŞ həyasız bir çevrilişlə Rəcəb Tayyib Ərdoğanı devirməyə çalışdı. Daha əvvəlki 4 çevriliş də belə olmuşdu. Ancaq 5-ci uğurlu olmadı, çünki Ərdoğan güclü bir liderdir”,- deyib.








