RU
Türkiyədəki terroru törədən canlı bomba bu ölkədən gəlib
23:55
482

Türkiyədəki terroru törədən canlı bomba bu ölkədən gəlib

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda "Beşiktaş” stadionunun qarşısında törədilmiş partlayışdakı canlı bomba ilə bağlı yeni məlumat əldə etdiklərini bildirib.

7news.Az "Hurriyet”ə istinadən xəbər verir ki, XİN rəhbəri canlı bombanın Suriyadan gəldiyini söyləyib.

"Bu barədə ABŞ dövlət katibi Con Kerriyə də məlumat vermişəm”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, dekabrın 10-da "Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktlarının nəticəsində 44 nəfər şəhid olub, 155 nəfər yaralanıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ