Bu gün Türkiyənin Nigde vilayətinin Bor rayonunda zəlzələ baş verib. 7News.Az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələnin maqnitudası 5,1, dərinliyi 6,9 km olub. Yerli vaxtla saat 22.08-də qeydə alınan zəlzələ Aksaray, Mersin, Kayseri ve Konyada da hiss edilib. Nigdə valisi təkanla əlaqədar hər hansı bir dağıntı və itki haqqında məlumat almadıqlarını bildirib.
7News.Az








