RU
Türkiyədən Azərbaycana mexaniki minatəmizlənmə avadanlığı göndərildi - VİDEO
14:27
334

Türkiyədən Azərbaycana mexaniki minatəmizlənmə avadanlığı göndərildi - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Fabrik və Gəmiqayırma Zavodu (ASFAT) tərəfindən istehsal olunan 5 mexaniki minatəmizlənmə avadanlığının (MEMATT) Azərbaycana göndərildiyini açıqlayıb.

Bu barədə nazirliyin "Twitter” hesabında bildirilir.

"ASFAT tərəfindən istehsal olunan 5 MEMATT qardaş ölkə Azərbaycana təhvil verildi. MEMATT-lardən istifadə edəcək və təhsili başa vuran Azərbaycan hərbi qulluqçularına da istifadəçi sertifikatları təqdim edilib”.

 

Qeyd olunur ki, mətbuat nümayəndələrinin də qatıldığı təslimetmə mərasimində 5 MEMATT personal və tank əleyhinə minaları müvəffəqiyyətlə zərərsizləşdirib.

"MEMATT-lar can Azərbaycana xeyirli olsun”, - deyə bildirilir.

 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ