Rusiya ilə olan münasibətimizi bilirsiniz. Bizim ittifaqa, dostluğa və özümüzü qoruyacaq addımlara atmağa ehtiyacımız var.
7news.az xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arınç Türkiyə -İsrail müzakirələrini şərh edərkən deyib.
“Bizim üçün ən əsası Türkiyənin milli maraqlarının qorunmasıdır. Beynəlxalq əlaqələrdə də əsas hədəfimiz dövlətin maraqları üzərində qurulub. Milli maraqlarımızın təmin olunması üçün dövlət hər şeyi etməlidir. İsrail-Türkiyə arasıda təbii qazın nəqli ilə bağlı razılıq əldə olunması bizim üçün mənasızdır. Başqa vasitələr axtarılmalıdır. Bu gün cənub əyalətlərimizdə vəziyyət gərgindir. Türkiyə ciddi təhlükə ilə üz-üzədir”,- Arınç qeyd edib.
7news.az








