RU
Türkiyədən kritik təhlükəsizlik qərarı — Son dəqiqə
11:49
492

Türkiyədən kritik təhlükəsizlik qərarı — Son dəqiqə

Türkiyədə təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirilib.

7News.Az xəbər verir ki, iclasda sərhəddən kənar əməliyyatlara aid 4 vacib qərar qəbul edilib:

1. Suriyadakı təhlükəsiz ərazi genişləndiriləcək;

2. PKK terror dəhlizinə icazə verilməyəcək;

3. Qəndilə qarşı əməliyyatlar keçiriləcək;

4. Aktiv müdafiə əməliyyatları başlayacaq;

Baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən iclasda terrorla mübarizə çərçivəsində ölkədaxili və sərhəddən kənarda aparılan əməliyyatlarla bağlı vacib qərarlar alınıb.

Sərhəddin o tayına üstünlük veriləcək, ölkəni hədələyən terror bitənə qədər Suriya və İraqda mübarizə davam edəcək, aktiv əməliyyatlar davam etdiriləcək. Ölkə maraqları və siyasəti əsasında sərhəddən kənarda müəyyən addımlar atılacaq, Rakkada güzəştə gedilməyəcək, Rakka İŞİD-dən təmizlənəcək. Bu ərazinin isə PKK terrorçularının əlinə keçməsinə icazə verilməcəyək, planlanan terror dəhlizinə də şərait yarıdılmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ