RU
Türkiyədən yenə acı xəbər gəldi - Şəhidlər var...
14:10
432

Türkiyədən yenə acı xəbər gəldi - Şəhidlər var...

"Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyada antiterror əməliyyatı həyata keçirən Türkiyə hərbçilərinə qarşı daha bir hücum təşkil olunub.

Bu gün səhər saatlarında əl-Bab şəhərində partlayıcı dolu avtomobilin havaya uçurulması nəticəsində 3 əsgər yaralanıb. Yaralılar dərhal Türkiyədəki xəstəxanalara yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan ikisi şəhid olub. Digər hərbçinin vəziyyəti ağır qiymətləndirilir. 

Hücumun İŞİD terrorçuları tərəfindən təşkil olunduğu güman edilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ