Rusiyada yaşayan türkiyəli iş adamı Səfa Buzgan kafelərindən bir günlük əldə olunan gəliri ölən rus pilotun ailəsinə verəcək.
Buzgan açıqlamasında bu hadisədən dərin kədər duyduğunu vurğulayıb:
“Ailəm və mən çox kədərləndim. Ehtiyacları olmasa da ailəyə dəstək olmaq istəyirəm. 4 kafemdən bir günlük əldə edəcəyim gəliri Oleq Peşkovun ailəsinə verəcəyəm”.
7news.az








