RU
Türkiyəli futbolçu Almaniyada meydandan qovuldu
12:43
522

Türkiyəli futbolçu Almaniyada meydandan qovuldu

Ötən axşam Almaniya Bundesliqasının növbəti turunun oyunları start götürüb.

Doğma divarlar arasında "Herta Berlin"i qəbul edən "Borussiya Dortmund" 1-1-lik heç-heçəyə imza atıb.
 
"Signal İduna Park"da qonaq komandanın qolunu Valentin Stocker vurub. Oyunun 77-ci dəqiqəsində Pierre Aubameyanq penaltini qola çevirə bilməsə də, "Borussiya Dortmund"u məğlubiyyətdən adıçəkilən oyunçu özü xilas etməyi bacarıb.
 
Dortmundluların heyyətində oyunun ilk dəqiqələrindən baş məşqçinin etimad göstərdiyi gənc türk Emre Mor isə oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ