RU
Türkiyəli futbolçunun oyun zamanı dili qatlandı - FOTO
15:50
710

Türkiyəli futbolçunun oyun zamanı dili qatlandı - FOTO

Türkiyənin Samsun vilayətində Regional Həvəskarlar Liqasının (BAL) "Çarşambaspor” və "Safranboluspor” futbol klublarının oyunu zamanı bədbəxt hadisə yaşanıb.

Samsundakı şəhər stadionunda keçirilən qarşılaşmanın 81-ci dəqiqəsində "Safranboluspor”un futbolçusu Fehmi Fırat Aksoy yıxılıb və dili qatlanıb. Hakim dərhal oyunu dayandırıb və həkim briqadasını meydana çağırıb. Futbolçu ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

 

Mənbə: Haber Global

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ