RU
Türkiyəli nazir: “Ərdoğanın sayəsində artıq bizim üçün qeyri-mümkün heç nə yoxdur
14:50
114

Türkiyəli nazir: “Ərdoğanın sayəsində artıq bizim üçün qeyri-mümkün heç nə yoxdur"

"Son dövrlərdə texnologiya sahəsində uğurlarımız ard-arda artır. Bu, şübhəsiz ki, insan resursu ilə bağlıdır”.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O, gənclərə inamını da ifadə edib: "İnsan resurları ilə bağlı imkanlarımızı daha da artırmağa çalışırıq. Gənclərimiz üçün yeni imkanlar yaradırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın yaratdığı şərait nəticəsində artıq bizim üçün qeyri-mümkün nə isə yoxdur”.

Nazirin sözlərinə görə, ilk yerli "TOGG” avtomobilinin istehsalı Türkiyənin sənayə sahəsində qazandığı uğurun bariz nümunəsidir: "Artıq prezidentə, nazirlərə yerli avtomobil təqdim edilib. İndi "TOGG” Türkiyə yollarında hərəkət edir”.

M.Varank qeyd edib ki, Türkiyə daha böyük uğurlara nail olmağa qadirdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ