RU
Türkiyəli nazir:
23:30
359

Türkiyəli nazir: "Rusiya istehsalçılarına daha çox ziyan dəyəcək"

"Rusiya Türkiyədən ildə 1,27 milyard dollarlıq, Türkiyə isə Rusiyadan bu müddətdə 2,85 milyard dollarlıq məhsul idxal edir".

Bunu Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bildirib.

"İki ölkə arasındakı mövcud böhran iqtisadi sahəyə toxunmamalıdır. Rusiya ilə kənd təsərrüfatı sahəsində çox ciddi ticarət əlaqəmiz var. Böhrandan çıxış yolu axtarılan zaman iqtisadi sahəyə toxunmağa ehtiyac yoxdur. Çünki bu, həm Rusiya, həm də Türkiyənin, daha çox rusiyalı istehsalçılara ziyan vurur", - o vurğulayıb.

Nazir səlahiyyətli qurumlar arasında danışıqların aparıldığını söyləyib./tass

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ