RU
Türkiyəli partiya sədri koronavirusun qurbanı oldu
11:32
223

Türkiyəli partiya sədri koronavirusun qurbanı oldu

Türkiyəli siyasətçi, Müstəqil Türkiyə Partiyasının sədri Heydər Baş koronavirusdan həyatını itirib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, 73 yaşlı H.Baş 5 gün idi ki, reanimasiyada müalicə olunurdu.

Onunla birlikdə ailə üzvləri də Trabzonda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, H.Başın ailəsinin 8 üzvündə koronavirus aşkar edilmişdi.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ