Türkiyənin TV8 kanalında yayımlanan "O Səs Türkiyə" musiqi müsabiqəsində tez-tez həmvətənlərimizin heyrətamiz çıxışlarının şahidi oluruq. Bu dəfə isə "Bizi tanımağınıza az qaldı" söyləyən azərbaycanlı iştirakçılar özlərini münsif heytinə sözün əsl mənasında tanıtdıra biliblər. Özü də səhnəyə çıxan ilk anlardan. Gənc reperlər coşqu dolu həmin anların təəssüratlarını ekskluziv olaraq TTV ilə bölüşüb.
"O Səs Türkiyə" proqramının bu dəfəki iştirakçıları Borçalıdan olan həmvətənlərimiz Afiq və Hilal oldu. Azərbaycanlı reperlər elə ilk saniyələrdən səhnəsini coşdurdu. Onlar "Bizi tanımağınıza az qaldı" adlı ifaları ilə münsiflərin bütün üzvlərini özlərinə tərəf döndərməyi bacardılar.
Gənclərin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı, zalda böyük coşqu yaratdı. Bu fərqli və maraqlı çıxışın təsiri altına düşən münsif heyəti ilə tamaşaçıların istəyi üst-üstə düşdü.
Tamaşaçıların xahişi ilə eyni mahnını ikinci dəfə səsləndirən həmyerlilərimiz yarışmanın münusifləri Ebru Gündeş və Hadisəni səhnəyə çıxaraq birgə rəqs etdilər.
Dörd məşhur mahnını remiks edən həmyerlilərimiz sonda Acunun çətin, amma ənənəvi sualı ilə qarşılaşıblar. "Yarışmanı kimlə davam etdirmək fikrindəsiniz".... Sual bitər-bitməz münsiflər gənc reperlər uğrunda sözün əsl mənasında müabirəzəyə başladılar. Həmvətənlərimizin çıxışından məmnun qalan hər 4 münsif, onları öz komandasına görmək istədiyini dedi. Hətta işbirliyi də təklif edən də oldu. Səhnədə baş verənləri şərhsiz təqdim edirik.
Münsifləri intizarda saxlayan gənc reperlər sonda Gökhan və Hakan qardaşlarını seçdilər.
"O Səs Türkiyə" musiqi yarışmasında bənzərsiz coşqu yaradan reperlər yarışmanın təəssüratları və hazırda üzərində çalışdıqları layihələr haqqında ekskluziv olaraq TTV-yə danışdılar.
Dostlar paytaxt Bakı ilə yanaşı, həmçinin Tbilisidə də konsert proqramları ilə çıxış etməyi planlaşdırırlar. Gənc reperlər Gökhan və Hakan qardaşlarından böyük dəstək aldıqlarını dedilər. Yarışmanın qalibi olacaqlarına ümid edən həmvətənlərimiz bunun üçün əllərindən gələni edəcəklərini bildirdilər.
Həmvətənlilərimiz deyir ki, onlara " O Səs Türkiyə"nin bu ilki qalibi Elnur Hüseynov da dəstək verib. İndi yeni layihələr üzrə işləyən reperlər yaxın günlərdə İstanbula qayıdacaqlar. Biz də TTV olaraq ölkəmizi təmsil edən azərbaycanlı qəhrəmanlarımızı təbrik edir, onlara uğurlar arzu edirik./ttv
7news.az








