"Türkiyənin 22 gəmisi Qara dənizin Ukrayna sahillərində qalıb”.
7News.Az "TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə sözügedən gəmilərlə bağlı həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır: "Biz günəbaxan yağı və poladla yüklənmiş bu gəmiləri oradan çıxarmalıyıq”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mediası bir neçə yük gəmisinin Ukraynadakı vəziyyət səbəbindən Azov dənizində qaldığını yazmışdı.








