RU
Türkiyənin baş naziri: Azərbaycann düşməni bizim düşmənimizdir
23:43
928

Türkiyənin baş naziri: Azərbaycann düşməni bizim düşmənimizdir

“Ermənilər heç vaxt həqiqəti dəyişə bilməyəcəklər”.

Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi qalacaq.

7news.Az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada jurnalistlərə açıqlamasında deyib.

“Ermənilər heç vaxt həqiqəti dəyişə bilməyəcəklər. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır”, - B.Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, “Qarabağ hər qarış torpağında azərbaycanlıların izi, mədəniyyəti var”.

“Mən istəyirəm ki, hər kəs bilsin: Azərbaycanın dostu dostumuz, düşməni isə düşmənimizdir. Azərbaycan torpaqlarının işğalı ədalətsizdir. Qaçqınlar və məcburi köçkünlərin tez bir zamanda öz evlərinə qayıtmalıdırlar. Türkiyə bunun üçün əlindən gələni edəcək”, - B.Yıldırım əlavə edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ