RU
Türkiyənin Bodrum şəhərində baş tutan 17-ci Bodrum Rəqs festival başa çatdı
13:59
1597

Türkiyənin Bodrum şəhərində baş tutan 17-ci Bodrum Rəqs festival başa çatdı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) fəalı Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadənin iştirak etdiyi 2016-ci il, 24-29 may tarixlərində Türkiyənin Bodrum şəhərində baş tutan 17-ci Bodrum Rəqs festival başa çatdı.  İncəsənət nümayəndələri, rəqqaslar, jurnalistlər və könüllülərin iştirakı ilə keçirilən festivala 17 Avropa ölkəsindən nümayəndələr həm təşkilatçı, həm də iştirakçı qismində qatılıblar. Gənc fəallar 45 ərzində Avropa Könüllülük Xidməti (EVS) çərçivəsində, Festival məhsullarının hazırlanması, tanıtma işlərinin aparılması, program detallarının tamamlanması, ölkələrin qarşılanması, proqramın tətbiq olunması kimi bir çox mövzuda festival qrupuna köməkçi olaraq, mötəbər tədbirin baş tutmasına öz tövhələrini vermişlər.

6 həftə davam edən layihənin sonunda Bodrumun məhşur küçələrindən sayılan Halikarnas küçəsində Bodrum qalasına kimi Azərbaycan da daxil olmaqla 17 ölkədən gələn könüllülərin iştirakı ilə milli bayraqlarla yürüş həyata keçirilmişdir.

Qeyd edək ki, Avropa festivallar siyahısında ən üst sıralarda yer tutan Beynəlxalq Bodrum Rəqs Festivalı 2012, 2013, 2014, 2015, 2016-cı illər üzrə UNESCO-nun beynəlxalq tədbirlər siyahısına daxil edilmişdir. Vurğulanmalıdır ki, Bodrum Rəqs Festivalı 17 ölkədən qatılan könüllülərin iştirakı həyata keçirildiyi üçün UNESCO tərəfindən mükafatlandırılmışdır.

Festival çərçivəsində Azərbaycanı təmsil edən AGAT-ın idarə heyətinin üzvü Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadə 22 aprel tarixində proqram çərçivəsində Bodrumda Azərbaycan gecəsi keçirdiblər. Təqdimat gecəsində  Azerbaycan Fransa, Estoniya, Slovakiya, Rusiya, Gürcüstan, Ermənistan, Ukrayna Moldova, Makedoniya, İspaniya, İtaliya, Latviya, Belarusiya, Macarıstan, Bolqarıstan,Litva nümayəndələri iştirak etmişlər. Növbəti günlərdə AGAT fəalı Orxan Rəhimzadə Erasmus+ proqramı çərçivəsində Azərbaycanı təmsil etməklə yanaşı iştirak etdiyi ölkələrdə Azərbaycan dövlət gənclər siyasətində əldə etdiyi təcrübəni məktəblilərlə bölüşüb, o cümlədən carı proqramın faydaları, iştirak etmə qaydaları barədə geniş məlumat vermişdir.

7News.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ