RU
Türkiyənin bütün əyalətlərində əməliyyat keçirilib, axtarışda olan 3126 şəxs saxlanılıb
10:10
38

Türkiyənin bütün əyalətlərində əməliyyat keçirilib, axtarışda olan 3126 şəxs saxlanılıb

Türkiyənin bütün əyalətlərində "Çember-22” əməliyyatı keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X”də yazıb.

O bildirib ki, 81 əyalətdə beş gün ərzində keçirilən əməliyyatda məhkəmənin qərarı ilə haqlarında axtarış qərarı olan ümumilikdə 3126 şəxs saxlanılıb. Onlardan 12-si on ildən artıqdır axtarışda idi. Saxlanılanlardan əksəriyyəti, 561 nəfər narkotik maddədən istifadə etdiyinə və satdığına görə saxlanılıb.

A.Yerlikaya əməliyyatların davam edəcəyini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ