RU
Türkiyənin Gəncədəki Baş Konsulluğu Azərbaycan xalqını təbrik edib
13:50
115

Türkiyənin Gəncədəki Baş Konsulluğu Azərbaycan xalqını təbrik edib

Türkiyənin Gəncədəki Baş Konsulluğu 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edirik", - təbrikdə bildirilib.

"Bu qələbəni bizə bəxş edən bütün şəhidlərimizin əziz xatisəini hörmətlə yad edirik", - paylaşımda vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ