Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistanın "ZartonkMedia” media qurumunun nümayəndəsinə "Şuşi” sözünə görə etirazını bildirib.
7News.Az-ın Gürcüstan bürosu xəbər verir ki, media şirkətinin Jora adlı maliyyə konsultantı tviter hesabındakı paylaşımında "Şuşi qətnaməsi” sözündən istifadə edib.
F.C.Yazqan paylaşıma cavab olaraq bunları yazıb:
"ŞUŞA Qətnaməsi. Ermənilər şəhəri Şuşi adlandırırlar, lakin qətnamənin rəsmi adı Şuşa Qətnaməsidir. Buna görə də istənilən istinad bu adla edilməlidir. Necə ki, İstanbul Konvensiyası Konstantinopol konvensiyası adlandırıla bilməz”.








