RU
Türkiyənin hava hücumu ilə bağlı BMT İnsan Haqları Şurasına şikayət edilib
17:34
41

Türkiyənin hava hücumu ilə bağlı BMT İnsan Haqları Şurasına şikayət edilib


Türkiyənin 2021-ci ildə Şenqala hava hücumu zamanı səhiyyə ocağını hədəf aldığına dair iddialar BMT-yə gətirilib. Şikayətçilər xəstəxana işçilərinin hücumda həyatını itirdiyini bildiriblər.

7NEWS.az xəbər verir ki, Türkiyənin 2021-ci ildə Mosulun Şengal bölgəsinə təşkil etdiyi hava hücumlarında bir sağlamlıq mərkəzini hədəfə aldığı və 8 nəfərin öldüyünə dair iddialar Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasına çatdırılıb. Hava hücumlarından sağ çıxan dörd iddiaçı Türkiyənin "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq konvensiyanın 6-cı maddəsi ilə təmin edilən həyat hüquqlarını pozduğunu” bildirib. Bundan əlavə, iddiaçılar hücumlardan sonra mülki şəxslərin ölüm hallarının araşdırılmadığını və qurbanlara effektiv hüquqi müdafiə vasitələrinin təklif edilmədiyini bildiriblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ