RU
Türkiyənin “Hurjet” döyüş təyyarəsi gələn il istifadəyə veriləcək
01:30
318

Türkiyənin “Hurjet” döyüş təyyarəsi gələn il istifadəyə veriləcək

Türkiyə istehsalı olan "Hurjet” döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.

7NEWS.Az NTV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.
"Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü ildə milli döyüş təyyarəmizi anqardan çıxararaq ilk uçuşunu həyata keçirəcəyik”, - deyə Dəmir bildirib.

Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, "Hurjet” performans baxımından Amerikanın "F-35” qırıcı təyyarələrindən üstün olacaq.

Türk qırıcısı 2017-ci ildə hazırlanıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ