Türkiyənin Qaziantep şəhərində baş verən terror hadisələrindən sonra İŞİD-ə qarşı əməliyyatlar davam etdirilib.
Əməliyyat nəticəsində Qaziantep vilayətində İŞİD terrorçu-kamikadze qruplarının rəhbəri Mehmet Kadir Cebael öldürülüb.
Təhlükəsizlik qüvvələri evdə tapdıqları kompüterləri və flaş kartları müsadirə ediblər.
Xatırladaq ki, İŞİD-çi kamikazde polisin əməliyyat keçirmək istədiyini bilən zaman özünü partladıb. Terror zamanı 3 polis ölüb, 9 nəfər yaralanıb./qafqazinfo
7news.Az








