RU
Türkiyənin Kayseri şəhərində partlayış baş verib - FOTOLAR + VİDEO + YENİLƏNİB
11:45
605

Türkiyənin Kayseri şəhərində partlayış baş verib - FOTOLAR + VİDEO + YENİLƏNİB

Türkiyənin Kayseri şəhərində partlayış baş verib.

 

7News.Az-ın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Anadolu Agentliyinin son məlumatına görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Yaralılar dərhal Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər.

Kayseri valisi Süleyman Kamçı və vilayətin polis rəisi İbrahim Kulular hadisə yerinə gəliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

Terror aktı bomba yüklənmiş avtomobilin içərisində hərbçilərin olduğu avtobusun yanında partladılması nəticəsində baş verib.

 






 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ