RU
Türkiyənin Mill Təhlükəsizlik Şurası:
21:37
153

Türkiyənin Mill Təhlükəsizlik Şurası: "Ermənistan təxribatlarından əl çəkərək bölgədə yaradılan sülh və rifah fürsətini dəyərləndirməlidir"

"Cənubi Qafqazda uzun müddətdən sonra yaradılan sülh və rifahı qorumaq üçün Ermənistan öz hücumlarından, təxribatlarından və həqarətlərindən əl çəkərək bu fürsəti dəyərləndirməlidir".

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Mill Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra verilən bəyanatda bu barədə bildirilib.

Bəyanatda Ermənistan rəhbərliyinə qəbul etdiyi öhdəliklərinə sadiq qalaraq bölgə ölkələri ilə əməkdaşlıq üçün çağırış edilib.

Qeyd edək ki, MTŞ-nin iclası 3,5 saatadək davam edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ