Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda terrorçular əraziyə sızmaq istəyiblər.
Bu zaman türk ordusu ilə terrorçular arasında silahlı toqquşma baş verib. Türk ordusu atışmada 8 şəhid verib.
Havanın dumanlı olmasından istifadə etmək qərarına gələn bir qrup PKK terrorçusu əraziyə keçmək istəyib. Bu zaman təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında toqquşma baş verib. İnsident nəticəsində 6 əsgər və 2 nəfər təhlükəsizlik xidmətinin əməkdaşı şəhid olub. Şəhidlərin meyiti helikopterlə Yüksəkova dövlət xəstəxanasına aparılıb.
5 PKK terrorçusu məhv edilib. Ərazidə genişmiqyaslı əməliyyat başlayıb./olke.az
7news.Az








