"Russia Today" telekanalının reportyoru Suriyanın Latakiya bölgəsində yerləşən Hmeymim aviabazasında Su-24 təyyarəsinin sağ qalmış pilotu ilə görüşüb.
Su-24-ün şturmanı hazırda aviabazadakı hospitaldadır.
"Pilot hospitaldadır. Səhər yeməyində qarşılaşdıq. Bir qədər axsasa da, özünü normal hiss edir. Həkimlərin dediklərinə görə, pilotun sağlıq durumu yaxşıdır", -RT-nin reportyoru Roman Kosarev deyib.

16:40
Türkiyənin Hərbi-Hava Qüvvələrinin F-16 qırıcılarının vurduqları Su-24 təyyarəsinin şturmanı hazırda Suriyadakı Hmeymim aviabazasındadır.

Rusiyanın vurulmuş təyyarəsinin sağ qalmış pilotunun dediyinə görə, özünü normal hiss edir.
Təyyarənin əsas pilotu katapultdan sonra paraşütlə enərkən atəşə tutulmuş və səmada həlak olmuşdu./milli
7news.az









