“Rusiya istənilən imkandan istifadə etmək istəyir”.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu NTV telekanalına verdiyi müsahibəsində Türkiyənin Rusiyanı sakit olmağa çağırdığını bildirib.
O, Türkiyə tərəfinin səbrinin tükənməz olmadığını qeyd edib.
“Rusiya təyyarə ilə bağlı hadisədən sonra istənilən imkandan istifadə etmək istəyir. Amma bizim səbrimiz tükənməz deyil”, - Çavuşoğlu bəyan edib.
O, həmçinin türk hərbçilərinin İraq ərazisində ölkə üçün təhlükə riski artdığı üçün yerləşdiyini də əlavə edib./oxu
7news.az








