Türkiyənin miqrantlara sığınacaq verməsinə baxmayaraq, bu ölkəyə daha çox güzəşt edilməməlidir.
Bu sözləri Almaniyanın Xristian Sosial Birlik Partiyasının sədri Horst Şihofer deyib.
O, Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı çıxıb:
“Avropa Birliyinə üzvlük məsələsi və miqrant problemi birlikdə müzakirə oluna bilməz. Bu, yanlış yanaşmadır. Vətəndaşlarımız tərəfindən qəbul edilmir. Türkiyə imtiyazlı ortağımız ola bilər. Lakin tam üzv olmasına qarşıyam”, - Şihofer bildirib./axar
7news.az








