RU
Türkiyəyə iki mərmi atıldı,
17:40
758

Türkiyəyə iki mərmi atıldı,

Bu gün səhər saatlarında Suriyadan Türkiyənin Kilis şəhəri  atəşə tutulub.

Bu gün saat 10:40 radələrində Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün ciddi təhlükə yoxdur. Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib.

Qeyd edək ki, yanvar ayından indiyə qədər Suriyada İŞİD-in nəzarətində olan Bab bölgəsindən Türkiyəyə atılan raketlər və artilleriya mərmiləri nəticəsində 5-i suriyalı olmaqla, 15 nəfər həyatını itirib./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ