7NEWS.az xəbər verir ki, Dubaydan havaya qalxan Türkiyənin "ACT Airlines” aviaşirkətinə məxsus yük təyyarəsi Honq-Konqda eniş zamanı yerüstü nəqliyyat vasitəsinə çırpılaraq uçuş-enmə zolağından çıxaraq dənizə düşüb. Boeing 747-nin vurduğu avtomobildə olan iki nəfər həlak olub.








