RU
Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğradı — VİDEO + YENİLƏNİB
10:02
514

Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğradı — VİDEO + YENİLƏNİB

"Türk Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni detallar üzə çıxıb.

Təyyarə Manas Hava Limanına eniş edərkən yaxınlıqdakı evlərin üstünə düşüb.

Son məlumatlara görə, təyyarədə olan 4 ekipaj üzvü ölüb. Ümumilikdə 32 nəfərin öldüyü qəza ilə bağlı araşdırmalar davam etdirilir.

***

Qırğızıstanda "Türk Hava Yolları” aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayib.

Təyyarənin qəzaya uğraması nəticəsində azı 33 nəfər ölüb.

Verilən xəbərə görə, qəza təyyarə eniş edərkən baş verib.

İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. "Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir./olke.az

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ