İraq hökuməti Türkiyəyə bu ölkədən əsgərlərini geri çəkməsi barədə çağırış edib.
7news.az xəbər verir ki, bu barədə açıqlama verən İraq Baş naziri Heydər Abadi Türkiyə əsgərlərinin Bağdadın razılığı olmadan Şimali İraqa ordu yeritdiyini bildirib.
Problemi diplomatik yolla həll etməyə hazır olduqlarını deyən Abadi münasibətlərin daha da çıxılmaz duruma düşməsini istəmədiklərini vurğulayıb.
7news.az








