Türkiyəyə səfər etmək istəyənlərə ŞAD XƏBƏR - Sərhədlər bu tarixdən açılır
Türkiyədə iyun ayının ilk 5 günündə pandemiya tamamilə bitmiş olacaq.
Bu barədə araştırmaçı jurnalist Pərviz Sultanov bildirib.
Onun sözlərinə əsasən, 10 iyun tarixindən Türkiyə-Azərbaycan sərhədləri tamamilə açılacaq.
Azərbaycan vətəndaşları xəstəxanalardan koronavirus xəstəsi olmadıqlarını təsdiqləyən (ən son bir həftə ərzində alınmış) sənədlə Türkiyəyə səyahət edə bilıcəklər.
Qeyd olunur ki, İstanbul Hava limanında 2-2.5 saat ərzində sürətli testlərlə onların son vəziyyətləri nəzarətə alınacaq, lakin sağlam olduqları təqdirdə karantində saxlanılmayacaqlar./big