RU
Türkiyəyə verilən ÜÇ MESAJ - Hökumət sözçüsü açıqladı
22:56
363

Türkiyəyə verilən ÜÇ MESAJ - Hökumət sözçüsü açıqladı

Gecə klubuna edilən hücumla üç mesaj vermək istəyiblər.

7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş İstanbulun Beşiktaş rayonundakı "Reina” gecə klubunda törədilən terror aktını şərh edərkən deyib.

Baş nazirin müavini bildirib ki, bunlardan birincisi terror hücumunun 2017-ci ilin ilk dəqiqələrində həyata keçirilməsidir: "Bu mesajı vermək istəyirlər: 2017-ci ildə Türkiyənin başına bəla olmaqda davam edəcəyik. Biz də onlara deyirik ki, 2017-ci ildə hamısına diz çökdürəcəyik. İkincisi, Türkiyənin ölkə xaricində keçirdiyi əməliyyatlarına verilən mesajdır. Üçüncü mesajla təəssüf ki, ölkəmizdə məzhəblər arasında ayrı-seçkilik etməyə çalışırlar. Təəssüf ki, sosial mediada da şüursuz paylaşımlarla xalqın arasını vurmaq istəyirlər. Bu millət son dərəcə şüurludur, terrorda din və məzhəbin olmadığını bilirlər”.

Numan Kurtulmuş Türkiyənin 2017-ci ildə də terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcəyini bildirib. O, qeyd edib ki, Türkiyə Suriya başda olmaqla, başladığı yeni sülh təşəbbüslərini inkişaf etdirməyə davam edəcək.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Beşiktaş rayonundakı "Reina” gecə klubuna Santa Klaus paltarında daxil olan silahlılar "Kalaşnikof" avtomatı ilə insanlara atəş açmağa başlayıblar. Terror aktı nəticəsində 39 nəfər ölüb, 69-u yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.//publika.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ