RU
Türklər 1/8 finala necə çıxa bilər?
15:08
1341

Türklər 1/8 finala necə çıxa bilər?

“Avro-2016”da hər iki oyunu uduzmasına baxmayaraq, Türkiyə milli komandası yarışda mübarizəni davam etdirmək şansını hələ də saxlayır.

7News.az-ın xəbərinə görə, Farih Terimin komandası ən yaxşı qrup üçüncüsü olacaq 4 komandadan biri kimi 1/8 finala vəsiqə qazana bilər. Bunun üçün türkərin ilk növbədə bu gün çexlərlə qrupdakı son oyunda iki top fərqi ilə qalib gəlməsi mütləqdir. Yalnız bu halda

- Türkiyə 3 xal toplayacaq, qol nisbəti -2 olacaq və onlar A qrupunun üçüncüsü olan və top nisbəti -2 olan albanlara çatacaq

- Türklər yarışda 2 qol vurduğu üçün albanları üstələyəcək (albanlar qrupda cəmi 1 qol vurub).

Amma bu da son deyil. Türklərin “xoşbəxt dördlüyə” düşməsi üçün E qrupundakı iki matçın nəticələri də xüsusi əhəmiyyət daşıyır. Bunun üçün

- Qrup birincisi və artıq 1/8 finala vəsiqəni təmin edən İtaliya 1 xalı olan İrlandiyaya, 3 xalla ikinci olan Belçika isə 1 xalı olan digər komanda – İsveçə uduzmamalıdır.

Belə olan halda Türkiyə həmin qrupun üçüncüsü, eləcə də Albaniyanı geridə qoyaraq 1/8 finala yüksələcək.

MÖCÜZƏ TƏKRARLANACAQMI?

Xatırladaq ki, Türkiyə millisi “Avro-2016”nın final mərhələsinə az qala möcüzə sayəsində düşmüşdü. Seçmə mərhələnin son turunda türklərin ən yaxşı qrup üçüncüsü kimi Fransaya getməsi üçün Terimin komandasının öz qruplarında İslandiyanı, Qazaxıstanın Litvanı məğlub etməsi, C qrupunda isə İspaniyanın Ukraynaya uduzmaması lazım idi. Bu üç ehtimal da gerçəkləşdiyi üçün türklər “Avro-2016”ya birbaşa vəsiqə qazanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ