Toyda mahnıya görə kütləvi dava düşüb.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, mahnı seçiminə görə qız tərəfi ilə oğlan evinin qohumları dalaşıblar.
Hadisə Türkiyənin Adana şəhərində baş verib.
Mobil telefonla çəkilən görüntülərdə toy iştirakçılarının bir-birinə stul çırpması əks olunub.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 100-dən çox stul yararsız hala düşüb.
7News.Az










