RU
Türkmanlar Əsəd ordusuna qalib gəldilər
22:05
411

Türkmanlar Əsəd ordusuna qalib gəldilər

Bir müddətdir Əsəd ordusu və Rusiya təyyarələri tərəfindən şiddətli hücuma məruz qalan türkmanlar Türkman dağında önəmli təpələrdən birini azad ediblər.

Türkman dağından Kürd dağına baxan və strateji baxımdan əhəmiyyətli olan Burc əl-Kassab təpəsi Əsəd ordusundan xilas edilib.

Məlumatlara görə, iki gün öncə bu təpə Əsəd ordusu tərəfindən ələ keçirilmişdi. Təpənin yenidən azad edilməsi türkmanlarla eyni səfdə döyüşən müxalifət üçün də vacib addım hesab olunur. Hazırda Türkman dağında türkmanlarla müxaliflərin birləşdiyi hərbi birliklərlə Əsəd ordusu arasında şiddətli atışmalar gedir./publika

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ