RU
​Türkmən komandir “od püskürdü” – “Türkiyə 17-45 yaş arası suriyalı kişiləri deportasiya etsin, gəlib torpaqları üçün döyüşsünlər”
13:07
343

​Türkmən komandir “od püskürdü” – “Türkiyə 17-45 yaş arası suriyalı kişiləri deportasiya etsin, gəlib torpaqları üçün döyüşsünlər”

Suriyada  Türkmən Dağında mübarizə aparan Bayır-Bucaq  türkmənlərinin Şəhidlər Diviziyasının komandiri Xalid Şireki Türkiyəyə müraciət edib.
7News.az türk mediasına istinadən xəbər verir ki, Şireki Türkiyədən 17-45 yaş arası suriyalı kişiləri ölkədən çıxarmasını istəyib.
"Allah Türkiyədən  razı olsun. Bizim qadınlarımıza, qızlarımıza və yaşlılarımıza, gənclərimizə sahib çıxdı. Ancaq mən 17 ilə 45 yaş arasındakı suriyalıların burada yaşamasından tərəfdarı deyiləm. Türkiyə bunları deportasiya etsin. Gəlsinlər torpaqları üçün vuruşsunlar. 17 yaşda evlənə bilən  igid  vuruşmağı da bilir. Suriyalılara buradan təkrar müraciət edirəm. Burada gəzib dolanmasınlar. Gəlsinlər torpaqları üçün vuruşsunlar. Bizə Türkiyədə və ya başqa ölkədə yaşamaq yaraşmaz. Bizə oturmaq, gəzmək yaraşmaz. Bizə torpağımız üçün döyüşmək və şəhid olmaq yaraşır”.
Şireki  Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə də toxunub.
"Bizlər ABŞ-a, FETÖ-yə də qarşıyıq. Biz Türkiyənin yanındayıq. Biz təkcə Əsədə qarşı döyüşmədik. Eyni zamanda  İŞİD, İran , PYD  və ruslara qarşı da döyüşdük.  15  iyul dövlət çevrilişi cəhdi zamanı təxminən 3 min İŞİD-çi  sərhəddən Türkiyəyə girəcəkdi. Biz bunun üçün bütün gün yatmadan növbə tutduq və onların daxil olmasının qarşısını aldıq” deyə türkmən komandir bildirib.//turaninfo
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ