RU
Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
11:00
77

Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Türkmənistan Milli Gənəşinin (parlament) nümayəndə heyəti iyunun 30-da Azərbaycana səfər edəcək.

Səfər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun göstərişi ilə baş tutacaq.

Türkmənistan parlamentinin nümayəndələri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təmin edilməsində milli parlamentlərin rolunun artırılması” mövzusuna həsr olunan konfransda, həmçinin konfrans çərçivəsində keçiriləcək tədbir və görüşlərdə iştirak edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ