RU
Türkmənistanda “falçı ovu” başlayıb
20:40
458

Türkmənistanda “falçı ovu” başlayıb

Türkmənistanda yeni ildən etibarən  falçılara qarşı "ov” başlayıb; bu fəaliyyətlə məşğul olan şəxslər  polis tərəfindən saxlanılır, onlar cərimələnir.

Barədə "Türkmənistan gündəliyi” nəşri məlumat yayıb.

Məlumata görə,  saxlanılan şəxslər polis  məntəqələrinə gətirilir,  orada  onlara qarşı inzibati xətalar məcəlləsi əsasında protokollar tərtib olunur, 100 manat məbləğində  cərimə yazılır.

Saytın   yerli rəsmilərdən olan mənbəyə istinadən verdiyi xəbərə görə,  kütləvi "falçı ovuna” səbəb, güc strukturlarına  yuxarıdan "hər vəchlə büdcəni doldurmaq” tapşırığının verilməsidir.
Kimliyi açıqlanmayan məmur, digər sahələrdə də müntəzəm xarakter alan cərimələrin o cümlədən,  bəzən hətta səbəbsiz olaraq sürücülərə yazılan cərimələri, həmçinin  son beş il ərzində sürücülük vəsiqəsi almış qadınların təkrar imtahandan keçmək tələbini  büdcəni doldurmaq tələbi ilə izah edib.

Bundan əvvəl yayılan xəbərə görə, Türkmənistan polisi yollarda ağ rəngdən başqa bütün digər rənglərdə olan avtomobilləri saxlayır. Yol patrul xidmətinin müfəttişləri heç bir əsas gətirmədən, göy, qırmızı, yaşıl və digər rənglərdə olan avtomobilləri cərimə meydançasına aparır.  Yanvarın 2-də Türkmənistanda tünd rəngli avtomobillərin istismarına qadağa qoyulub. 

2017-ci ilin sonunda isə  polisin tələbi ilə tünd rəngli avtomobillər müsadirə olunub və yalnız avtomobilin  boyasını dəyişəcəkləri ilə bağlı iltizamnamənin alınmasından sonra sahiblərinə qaytarılıb./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ