“Başqa nə edə bilərdilər ki?”.
Türkmənistanda “Türkmən malları” dövlət birliyi heyvandarlara maaşı qoyunlarla verib.
Radiostansiyanın məlumatına görə, müəssisə nağd pulun olmadığı üçün maaşı heyvanlarla ödəyir. Hesab “bir heyvan – 270 manat” sxemi üzrə aparılır.
“Ət ilə hesabladıqda 16-18 kiloqram edir. İşçilər maaşı qoyunlarla götürmək məcburiyyətindədirlər. Başqa nə edə bilərdilər ki?”, - Səlim adlı heyvandar jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, həmkarları nağd pul əldə etmək üçün sonradan heyvanları bazarda satırlar (bu zaman 10-20 manat itirirlər)./azadliq
7news.az








