RU
Türkmənistanda siqaretlərin kütləvi yandırılması aksiyası keçirilib
15:30
370

Türkmənistanda siqaretlərin kütləvi yandırılması aksiyası keçirilib

Narkotiklər də yandırılıb.

Türkmənistanda güc nazirliklərinin xüsusi əməliyyatları nəticəsində müsadirə edilmiş narkotik və qaçaqmalçı tütün məmulatlarının kütləvi yandırılma aksiyası keçirilib.

Bu barədə Türkmənistan televiziyası cümə günü məlumat yayıb.

Türkmənistanda mütəmadi olaraq keçirilən narkotiklərin məhv edilməsi aksiyasında ilk dəfə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər də yandırılıb.

Beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Aşqabadda akkreditasiya keçmiş jurnalistlər, ağsaqqallar və tələbələr aksiyaya dəvət ediliblər, onlara xüsusi sobaların içinə yalnız narkotik bağlamalarını deyil, eləcə də müxtəlif markalı siqaretləri atmaq imkanı da verilib.

Yerli TV-də narkotik və siqaretlərin məhv edilməsini yayımlamazdan öncə efirə Türkmənistana qaçaqmalçı tütün məmulatlarını gətirən cinayətkar qrupun saxlanılmasına dair video-süjet verilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ