RU
Türyançay qoruğu yaxınlığında ağacların kəsilməsi ilə bağlı araşdırmalar başlayıb
19:25
45

Türyançay qoruğu yaxınlığında ağacların kəsilməsi ilə bağlı araşdırmalar başlayıb

Oğuz rayonunun Çaldaş kəndinin Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə 7NEWS.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ