Tutuquşu ALƏMİ QATDI - Polislər hadisə yerinə "tökülüşdülər" - VİDEO
ABŞ-ın Florida ştatında maraqlı hadisə baş verib: qonşuluqda tutuquşunun kömək "fəryadını" eşidən qadın polis çağırıb.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Palm-Biç məntəqəsinin polisi özünün "Twitter" səhifəsində yazıb.
Belə ki, tutuquşunun "Burax məni!" qışqırığını eşidən qadın qonşuluqda kiminsə köməyə çağırdığını düşünərək polisə zəng edib.
Dörd polis əməkdaşı hadisə yerinə yetişdikdə, səsin tutuquşudan çıxdığının şahidi olublar.
Daha sonra ev yiyəsi bu barədə danışarkən, polis və qonşularını Rembo adlı tutuquşuyla tanış etdiyini və hər kəsin olanları gülüşlə qarşıladığını bildirib.
Onun sözlərinə görə, tutuquşu "köməyə çağırmağı" çoxdan öyrənib.