RU
Tuva Respublikasının rəhbəri koronavirusdan sağaldı - VİDEO
12:30
218

Tuva Respublikasının rəhbəri koronavirusdan sağaldı - VİDEO

Tuva Respublikasının rəhbəri Şolban Kara-ool COVID-19-dan sağalıb.

360 TV-nin məlumatına görə, bu barədə respublika başçısının Mətbuat Xidmətinin rəhbəri Dolaana Salçak xəbər verib.

"Bu gün o, koronavirus testindən ikinci dəfə mənfi cavab alıb və artıq işə çıxır”, - deyə mətbuat sözçüsü bildirib.

Qeyd edək ki, mayın 25-də Şolban Kara-ool koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini elan etmişdi.

Ən son məlumatlara görə, Tuvada 1 221 nəfər koronavirusa yoluxub. Onlardan 53-ü sağalıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ